İcra nümayəndəsi: "Hamı o şəhid ailəsinin əlindən cana gəlib..." - VİDEO


Şəhid ailəsi gənc qadını evindən sürüyüb küçəyə atıb.


Hadisə Ağstafanın Poylu qəsəbəsində baş verib. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Belə ki, şəhid Məmmədov Asəf Mehman oğlunun ailəsi əli çomaqlı adını bilmədiyimiz gənc qadının evinə hücum çəkərək onun saçından sürüyüb çölə atıb.

Görüntülərdə görünür ki, sözügedən hadisədə şəhid bacısı Aysel Məmmədova, şəhidin atası Mehman Məmmədov, şəhidin anası Solmaz Məmmədova və şəhidin nənəsi Ziveydə Məmmədova iştirak edir.

Hadisə ilə bağlı Poylu qəsəbə İnzibati ərazi dairəsi üzrə nümayəndəsi Rüstəm Quliyev Cebhe.info-ya danışıb.

O, həmin ailənin kənddə davakar kimi ad çıxardığını bildirib: "Uzun müddətdir ki, xəstəyəm. Hazırda Bakıda müalicə alıram. Mən də hamı kimi görüntülərə sosial şəbəkələrdən baxdım. Bu biabırçılıqdır. Bizim neçə min şəhidimiz var. Hələ belə ailəsi olana rast gəlinməyib. Deyim var ki, biz abrımızı gözləyirik, qarşımızdakının heç abrı yoxdur. Həmin ailə kənddə nə olursa, deyir ki, mən edəcəyəm. Başını hər işə soxur. Hamı kəddə onların əlindən cana yığılıb. Gündə qurumların qapısına gedirlər. Şəhidin xatirinə hər şeyə gedirik ki, söz olmasın. Mən onları "qadan alım", "başına dönüm" deyib sığalla saxlayıram. Hamımız sözügedən ailənin qarşısında "sürünürük". “Şəhid atasıyam” deyə hər qapını döyürlər. Kənddə kimin sözü olur, davası olur, düşüb qabağa gedirlər”.

Poylu kənd nümayəndəsi bildirib ki, şəhid ailəsinin döydükləri qadın həmin ailə ilə qonşudur: "Onların əvvəldən də davaları düşmüşdü. Amma nə üstündə düşdüyünü bilmirəm".




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu