Nəvəsinin ağacdan yıxılıb öldüyünü deyən nənə ifşa olundu – Uşaq sağdır, valideynlər isə...


2 gündür güya, nəvəsinin Bərdədə klinikaların birində ölməyi ilə bağlı saxta informasiya verən nənə və onun ailəsi ifşa olundu.


AFN.az xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Teymur Mərdanlı məlumat paylaşıb. O, qeyd edib ki, 11 yaşlı uşağ sağ-salamatdır, ata və anasının yanındadır. Halbuki nənə uşağın hər iki valideynin vəfat etdiyini söyləmişdi:

“Nənə uşağın artıq dəfn olunduğunu da deyirdi və məsələnin araşdırılmasını israrla istəmirdi. Yəqin azyaşlının əməliyatı üçün yığdığı vəsaiti də bununla unutdurmaq istəyirmiş.Özünü yazıq biri kimi təqdim edən qadın,sadəcə dilənçiliyi,insanları aldadaraq yetimdir deyib,pul dilənməyi özünə peşə seçibmiş. Həyətlərində 2 evləri və maşınları da var.

Jurnalist dostlarımız Həbibə Abdulla və Vəfa Sərdarın vaxtında bizə verdiyi məlumat Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən araşdırıldı və həqiqət üzə çıxdı. İndi nənə bu əməlinə görə qanun qarşısında cavab verəcək”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu