Azərbaycanla Özbəkistan arasında hərbi sahədə əməkdaşlıq haqqında saziş imzalanıb


Azərbaycan ilə Özbəkistan arasında hərbi sahədə əməkdaşlıq haqqında saziş imzalanıb.


Sənədi Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Özbəkistanın müdafiə naziri Baxodir Kurbanov imzalayıblar.

Bundan başqa, iki ölkə arasında hərbi-texniki əməkdaşlıq haqqında saziş də imzalanıb.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistanın paytaxtı Daşkənddə dövlət səfərindədir. Səfər çərçivəsində Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması mərasimi olub. Prezident İlham Əliyev və Özbəkistanın dövlət başçısı Şavkat Mirziyoyev mərasimdə iştirak ediblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu