Gömrükdə saxlanılan generalın yerinə təyinat
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Gömrük Komitəsində keçirdiyi əməliyyatla saxlanılan “Azərterminalkompleks” birliyinin direktoru, gömrük general-mayoru Ehtiram Xəlilov işdən çıxarılıb.
AFN.az xəbər verir ki, bu barədə DGK-nin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev əmr imzalayıb.
Onun digər əmri ilə bu vəzifəyə Məsumov Hüseyn Möhsün oğlu təyinat alıb.