Gömrük Komitəsində əməliyyat müşavirəsi keçirilib


Gömrük Komitəsində cari ilin 6 ayının yekunlarına dair əməliyyat müşavirəsi keçirilib.


DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AFN.az-a verilən məlumata görə, müşavirdə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev, Komitə sədrinin müavinləri, aidiyyəti strukturların rəhbərləri iştirak edib.

Komitə sədri Səfər Mehdiyev çıxış edərək cari ilin müvafiq dövrü ərzində görülən işlər barədə məlumat verib. Bildirilib ki, Prezident İlham Əliyev tərəfindən şərq-qərb, şimal-cənub nəqliyyat dəhlizləri üzərində yerləşən ölkəmizin iqtisadiyyatının davamlı və dayanıqlı inkişafı, tranzit və ixrac imkanlarının daha da artırılması məqsədilə irimiqyaslı layihələr həyata keçirilir. Komitə sədri vurğulayıb ki, regionda formalaşan yeni reallıqlar və çağırışlar fonunda qarşıya qoyulan hədəflərin uğurla icra olunmasında gömrük orqanlarının üzərinə də mühüm vəzifələr düşür. Belə ki, gömrük əməliyyatlarının və sərhədkeçmə proseslərinin asan və sürəli şəkildə həyata keçirilməsi, idxal-ixrac əməliyyatlarnın daha da sadələşdirilməsi, vaxta və vəsaitə qənaət edilməsi, bir sözlə gömrük işinin səmərəli şəkildə təşkili ölkəmizdən keçən nəqliyyat dəhlizlərinin cəlbediciliyinin, ixrac və tranzit potensialının artırılmasında mühüm rol oynayır.
Komitə sədri cari ilin 6 ayı ərzində gömrük orqanlarının fiskal sahədə qarşıya qoyulan məqsədlərin icrasında, qaçaqmalçılıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizədə mühüm nailiyyətlər əldə etdiyini vurğulayıb, qarşıdakı aylarda da bu istiqamətdə fəaliyyətin daha effektiv təşkili üçün konkret tapşırıq və tövsiyyələrini bildirib. Səfər Mehdiyev mövsümlə əlaqadar, xüsusilə kənd təsərrüfatı məhsullarının ixracında artım müşahidə olunduğunu diqqətə çatdırıb və ixrac əməliyyatlarının sürətləndirilməsi, sərhədkeçmə proseslərinin təkmilləşdirilməsi, gömrük-keçid məntəqələrində yarana biləcək sıxlıqların aradan qaldırılması məqsədilə yük nəqliyyat vasitələrinin keçidinin elektron növbə prinsipi ilə təşkili istiqamətində müvafiq strukturlara tapşırıqlar verib.










AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu