Türkiyə səfirliyindən sərhədin bağlanması ilə bağlı açıqlama


Xəbər verdiyimiz kimi, bu gün sosial şəbəkələrdə Naxçıvanda Azərbaycan-Türkiyə sərhədinin bağlanmasına dair məlumat yayılıb. Vətəndaşlar ötən gündən etibarən Sədərək keçid məntəqəsindən Türkiyəyə buraxılmayıb.


“Qafqazinfo” məsələ ilə bağlı Türkiyənin Azərbaycandakı səfirliyi ilə əlaqə saxlayıb. Səfirlikdən məsələdən xəbərdar olduqlarını, belə bir qərarın Azərbaycan tərəfindən verildiyini bildiriblər.

“Azərbaycan bütün quru sərhədlərini bağlayıb. Nazirlər Kabineti yanında Operativ Qərargahın bununla bağlı qərarı var. Sərhədlər sentyabrın 1-nə qədər bağlıdır”, - deyə Səfirlikdən qeyd olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu