Sumqayıtda iki dost arasında dava düşüb, biri ölüb


Sumqayıtda qətl hadisəsi baş verib.


APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin 34-cü məhəlləsində qeydə alınıb.

Belə ki, iki dost arasında düşən mübahisə zamanı 1965-ci il təvəllüdlü İsrail Güliyev bıçaqlanıb.

O, aldığı bıçaq xəsarətlərindən ölüb.

Hadisəni törədən şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Mərhumun meyiti aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu