“Azercell” bütün abunəçilərinə xəbərdalıq etdi - "“WhatsApp” tətbiqi, SMS və digər kanallar..."
“Azercell Telekom” MMC bütün abunəçilərinə xəbərdalıq edib.
“Azercell Telekom” MMC bütün abunəçilərini “WhatsApp” tətbiqi, SMS və digər kanallar üzərindən göndərilən şübhəli məzmunlu keçidlərə, sorğu və ismarışlara reaksiya verməməyə çağırır.
Bildiririk ki, müvafiq məzmunun Azercell-ə heç bir aidiyyəti yoxdur. Yarana biləcək əlavə xərclərin qarşısını almaq üçün “Azercell Telekom” MMC öz abunəçilərinə şübhəli zəng və mesajları cavablamamağı, etibar doğurmayan internet saytlardan istifadə etməməyi, həmçinin cihaz və nömrə ilə bağlı təhlükəsizlik tədbirlərinə əməl etməyi, telefonlarını nəzarətsiz qoymamağı, şübhəli məzmunlu müxtəlif oyun, yarışma və s. təkliflərdən yararlanmamağı tövsiyə edir.