Azərbaycan Premyer Liqasının püşkü atılır


Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2022/2023 mövsümünün püşkü atılacaq.


Püşkatma mərasimi saat 15:00-da başlayacaq.

AFFA-nın inzibati binasında təşkil olunacaq tədbirə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev və Premyer Liqada mübarizə aparacaq klubların təmsilçiləri qatılacaq.

Son 6 mövsümdən fərqli olaraq, bu dəfə komanda sayı 8-dən 10-a yüksəldilib. "Qarabağ", "Neftçi", "Zirə", "Qəbələ", "Sabah", "Keşlə", "Sumqayıt" və "Səbail" komandaları ilə yanaşı, "Turan Tovuz" və "Kəpəz"ə ölkənin əsas çempionatında iştirak etmək üçün lisenziya verilib.

Qeyd edək ki, yeni mövsüm avqustun 5-də start götürəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu