Son sutkada koronavirusa yoluxanların sayı açıqlandı


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 68 yeni yoluxma faktı qeydə alınıb, 34 nəfər müalicə olunaraq sağalıb.


Nazirlər Kabineti yanında Operativ Qərargahdan AFN.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 794 656 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 784 032 nəfər müalicə olunaraq sağalıb, 9723 nəfər vəfat edib, aktiv xəstə sayı 901 nəfərdir.

Ölkədə son sutka ərzində 1840, hazırkı dövrədək isə 7 004 415 test aparılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu