Gürcüstanda son həftədə koronavirusa 7 812 nəfər yoluxub, 7 nəfər ölüb
Gürcüstanda son həftə ərzində daha 7 812 nəfərin koronavirusa yoluxduğu müəyyən edilib.
Bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamllq Milli Mərkəzindən bildirilib.
İyulun 10-dan 17-dək olan müddətdə daha 4 764 nəfər müalicə olunaraq sağalıb, 7 nəfər isə ölüb.
Qonşu ölkədə pandemiya başlayanadan (26 fevral 2020-ci il) indiyədək Gürcüstanda COVID-19 infeksiyasına 1 675 965 yoluxma faktı təsdiqlənib. Yoluxanların 1 650 681-si sağalıb, 16 854-ü vəfat edib.