Səhiyyə nazirindən maska mesajı - FOTOLAR


Səhiyyə Naziri Teymur Musayevin Pakistanın ölkəmizdəki səfiri Bilal Hayee ilə görüşü diqqət çəkib.


Tədbir zamanı nazir və digər iştirakçıların tibbi maskadan istifadə etməsi maraq doğurub. Görüşdə iştirak edən beş nəfərin hamısı maska taxıb.

Qeyd edək ki, son günlər Azərbaycanda və dünyada koronavirusa yoluxma sayında artım müşahidə olunur. Ötən sutka ölkədə yeni yoluxma sayı 257, ölüm sayı isə 4 nəfər olub.

Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə məlumat yayaraq, qapalı məkanlarda tibbi maskaların taxılmasını, sosial məsafənin gözlənilməsini, təmasların azaldılmasını, respirator gigiyena qaydalarına əməl olunmasını təkidlə tövsiyə etmişdi.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu