Mətbuat nümayəndələri Heydər Əliyevin məzarını ziyarət etdi - FOTO


Milli mətbuatımızın 147 illiyi və Mətbuat Günü münasibətilə Medianın İnkişafı Agentliyi (MEDİA), Azərbaycan Mətbuat Şurası, Milli Televiziya və Radio Şurası, Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC), digər çap və onlayn media orqanlarının nümayəndələri iyulun 21-də Fəxri Xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir, müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

AFN xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Tanınmış dövlət xadimi Əziz Əliyevin və görkəmli həkim-alim Tamerlan Əliyevin məzarları üzərinə də gül dəstələri qoyulub.
Sonra Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin məzarı önünə əklil qoyulub, böyük mütəfəkkirin xatirəsi anılıb.








AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu