Almaniyada ölən azərbaycanlının yaxınları axtarılır: nəşi yandırıla bilər


Almaniyanın Bayroyt şəhərində yaşayan azərbaycanlı koronavirusdan vəfat edib.


AFN.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb. Məlumata görə, söhbət Eldar Nizami oğlu Xəlilovdan gedir. Belə ki, vətəndaş vəfat edib, lakin nəşi morqda saxlanılır.

Qeyd olunur ki, həmyerlilərimiz Eldar Xəlilovun yaxınlarını axtarırlar. Soydaşımızın nəşinin Vətənə gətirilməsi üçün kömək lazımdır.

Onu da qeyd edək ki, iddialara görə, müəyyən müddət ərzində şəxsin ailə yaxınları tapılmazsa, meyit yandırıla bilər. Bu isə müsəlman qaydalarına ziddir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu