Rusiyanın Ukraynada itkiləri 40 minə çatır


Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və hərbi texnikasının sayı açıqlanıb.



AFN-in məlumatına görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib.

Döyüşlər nəticəsində Rusiyanın 39 700 hərbçisi zərərsizləşdirilib.

Bundan başqa, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 1 730 tank, 3 950 zirehli döyüş maşını, 876 artilleriya sistemi, 257 reaktiv yaylım atəşi sistemi, 116 hava hücumundan müdafiə sistemi, 222 təyyarə, 188 helikopter, 719 PUA, 174 qanadlı raket, 15 gəmi, 2 832 avtomobil texnikası və avtosistern, 73 xüsusi texnikadan ibarətdir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu