Taxıl üzrə Birgə Koordinasiya Mərkəzi İstanbulda fəaliyyətə başladı
Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatına görə, İstanbulda Birgə Koordinasiya Mərkəzinin açılış mərasimi iyulun 27-si baş tutacaq.
Açılış mərasimində Türkiyənin milli müdafiə naziri Hulusi Akar çıxış edəcək.
***
Ukrayna limanlarında qalan taxılın daşınmasına dair Birgə Koordinasiya Mərkəzi İstanbulda fəaliyyətə başlayıb.
“TASS” xəbər verir ki, bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.
Məlumata görə, bu gün bir qrup rusiyalı ekspert İstanbula səfər edəcək və dördtərəfli formatda işləməyə başlayacaqlar.
Bildirilir ki, Rusiya nümayəndə heyətinə kontr-admiral Eduard Luyk başçılıq edir.
***