Prokuror keçmiş MTN generalının 9 milyon manatlıq əmlakının müsadirəsini istədi


Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyi (MTN) Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şixəliyev və onun ailə üzvlərinin əmlaklarının dövlət nəfinə müsadirə olunması istənilib.


Bu barədə Bakı Hərbi Məhkəməsində keçirilən prosesdə dövlət ittihamçısı çıxışında bildirib.

Prokuror MTN generalının dəyəri 9 milyon manatdan artıq olan əmlaklarının müsadirə edilməsini xahiş edib. Həmin siyahıya M.Şıxəliyevin adına rəsmiləşdirilmiş dəyəri 2 milyon 600 min manatlıq olan Bakının Səbail və Binəqədi rayonunda yerləşən daşınmaz əmlaklar; M.Şıxəliyevin həyat yoldaşı Aybəniz Şıxəliyevanın adına rəsmiləşdirilmiş dəyəri 3 milyon 207 min 204 manat Ağdaş şəhərində, Binəqədi, Nəsimi, Nərimanov və Səbail rayonunda yerləşən daşınmaz əmlaklar; M.Şıxəliyevin oğlu Elşən Şıxəliyev və qızı Samirə Şıxəliyevanın adına rəsmiləşdirilmiş dəyəri 3 milyon 288 min 116 manatlıq Bakının Binəqədi və Səbail rayonlarında yerləşən daşınmaz əmlaklar daxildir.

Xatıladaq ki, bu gün Bakı Hərbi Məhkəməsində çıxış edən prokuror Mövlam Şıxəliyevə 14 il həbs cəzası istəyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu