Azərbaycanda daha 306 nəfər koronavirusa yoluxub, 4 nəfər vəfat edib


Azərbaycanda koronavirusa 306 yeni yoluxma qeydə alınıb, 258 nəfər müalicə olunaraq sağalıb.


Bu barədə AFN.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Məlumata görə, sutka ərzində koronavirusdan 4 nəfər vəfat edib.

Ölkədə indiyədək 796 882 nəfər koronavirusa yoluxub. Onlardan 785 166 nəfər müalicə olunaraq sağalıb, 9 739 nəfər vəfat edib, aktiv xəstə sayı 1 977 nəfərdir.

Ölkədə son sutka ərzində 3 739, hazırkı dövrədək isə 7 029 737 test aparılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu