Azərbaycanda bu pullar yeniləndi - FOTO


Azərbaycan Mərkəzi Bankı yenilənmiş 10 və 50 qəpiklik metal pul nişanlarını tədavülə buraxıb.



AFN xəbər verir ki, bu barədə qurumdan bildirilib.

Xatırladaq ki, onlar, dizaynına Dövlət Gerbi və istehsal ili əlavə olunmaqla, 20 qəpiklik metal pul nişanları ilə birlikdə yenilənib. Ötən ilin dekabr ayından 20 qəpiklik pullar tədavülə buraxılıb.

Yenilənmiş metal pul nişanlarının texniki parametrləri hazırda tədavüldə olan eyni nominallı metal pul nişanlarına uyğundur, onlarla paralel dövriyyədə olacaq və tədavül vasitəsi kimi məhdudiyyətsiz istifadə ediləcək.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu