Əri tərəfindən küçədə bıçaqlanan qız öldü - YENİLƏNİB


Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, iyulun 27-də Balakən rayon sakini 2001-ci il təvəllüdlü Əbdürəhmanova Emilya Məzahir qızının bıçaqla qəsdən öldürməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.


Aparılmış araşdırmalarla zərərçəkmişin əri, 1995-ci il təvəllüdlü Elton Layicovun qısqanclıq zəminində arvadına bıçaq xəsarətləri yetirərək öldürməsinə əsaslı şübhələr müəyyən olunub.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Elton Layicov şübhəli şəxs qismində tutulub.

***

Həkimlərin səylərinə baxmayaraq, 21 yaşlı qızın həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanada vəfat edib.


***

Balakəndə şəhərin mərkəzində bıçaqlanma olub.

“Qafqazinfo”nun məlumatına görə, 27 yaşlı Elton Layıcov qeyri-rəsmi münasibətdə olduğu qıza küçədə ağır xəsarətlər yetirib.

Belə ki, o, bu gün səhər saatlarında 21 yaşlı sevgilisini aralarındakı mübahisə səbəbindən çoxsaylı bıçaq zərbələri ilə öldürməyə cəhd edib. Gənc qız Təcili Yardımla Balakən Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Vəziyyətinin ağır olduğu bildirilir.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Elton Layıcov polis əməkdaşları tərəfindən tutulub. Faktla bağlı araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu