İlham Əliyev dövlət agentliyinə üç milyon manat ayırdı - SƏRƏNCAM
![](https://baku.ws/uploads/posts/2022-07/1659002272_161165531987134422_1000x669.jpg)
AFN xəbər verir ki, sərəncama əsasən, Bakı şəhərinin Nizami rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.26.18-ci yarımbəndində göstərilmiş məbləğin üç milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılır.