"Azercell" Telefon Mərkəzinin müştəri məmnuniyyəti indeksi 94% təşkil edir
5 milyon abunəçinin seçimi olan “Azercell Telekom” MMC “Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strateji məqsədinə uyğun olaraq müştərilərinə müxtəlif platformalar üzərindən yüksək səviyyəli xidmət göstərməyə davam edir.
Cari ilin birinci yarısının nəticələrinə əsasən Azercell Telefon Mərkəzinin müştəri məmnuniyyəti səviyyəsi 94% təşkil edib. Telefon mərkəzinə daxil olmuş 1.4 milyon zəng ortalama ilə 2 dəqiqə ərzində cavablandırılıb ki, bu da dünyada qəbul edilmiş 6 dəqiqə 10 saniyə standartı ilə müqayisədə çox yüksək göstəricidir.
Şirkət daha 500 minə yaxın sorğunu onlayn müştəri xidmətləri vasitəsilə, 125 minə yaxın müraciəti isə Azercell-in rəsmi Facebook, Instagram, Twitter, LinkedIn və YouTube səhifələri üzərindən qəbul edərək operativ şəkildə cavablandırıb.
Eyni zamanda, sözügedən dövr ərzində Azercell-in Ön Masa, Azercell Ekspres, Azercell Eksklüziv ofisləri, eləcə də Mobil Müştəri Xidmətləri vasitəsilə 400 minə yaxın abunəçiyə üz-üzə xidmət göstərilib.
Müştəri müraciətləri əsasən mobil internet xidmətləri, balans haqqında məlumat, ödəmə qaydaları və xidmətlərə qoşulma ilə bağlı olub.
Xatırladaq ki, Azercell müştərilərə göstərilən xidmət səviyyəsi və müraciətlərin cavablandırılması üzrə dəfələrlə beynəlxalq sertifikatlara layiq görülüb.