Nazir baş leytenanta vəzifə verdi
![](https://baku.ws/uploads/posts/2022-07/1659071437_vilayat.jpg)
Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.
AFN Oxu.Az"a istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin baş leytenantı Cavid Məmmədov vəzifəsindən azad edilərək, Ağcabədi Rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinə rəis təyin olunub.