AzTV-nin aparıcısına yeni vəzifə verildi


Teleaparıcı Tural Orucov Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində (RİNN) vəzifə alıb.



AFN xəbər verir ki, bu barədə “ASAN xidmət”in İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev feysbukda bildirib.

Onun sözlərinə görə, T. Orucov RİNN yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi təyin olunub.

Qeyd edək ki, T. Orucov uzun illər “Azərbaycan Televiziyası” QSC-də çalışıb. Aparıcı, həmçinin departament müdirinin müavini vəzifəsini icra edirdi.

T. Orucov bu gün işindən ayrıldığını açıqlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu