“Arşın mal alan” milli silsiləvi satış-sərgi yarmarkası keçiriləcək


Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) tərəfdaşlığı, Kiçik və Orta Biznes Subyektləri və Klubları Assosiasiyası (KOBKSA) və “Kazımlı Agency”nin təşkilatçılığı ilə 5-7 avqust tarixlərində “Şərq Bazarı”nda “Arşın mal alan” milli silsiləvi satış-sərgi yarmarkasının 1-cisi təşkil olunacaq.


Tədbirin təşkilində əsas məqsəd mikro və kiçik sahibkarlıq subyektlərinin satış imkanlarının və KOB-lar arasında əməkdaşlığın genişləndirilməsi, eləcə də yerli məhsulların tanıdılmasıdır.

Yarmarkada 90 biznes subyekti tərəfindən 3 gün müddətində tekstil, qida, aksesuar, kosmetika, oyuncaq, ev üçün əşyalar və s. məhsullar, eləcə də xidmətlər təqdim olunacaq. Tədbir çərçivəsində həmçinin, öz biznesini genişləndirmək istəyən sahibkarlar üçün ikitərəfli görüşlər və tanınmış ekspertlərin iştirakı ilə məsləhət saatları təşkil olunacaq, uğurlu iş adamları ilə təcrübə mübadiləsi, tanınmış simalarla görüş imkanı yaradılacaqdır. Bundan başqa əyləncəli konsert proqramı, uşaqlar üçün master klaslar və s. də təşkil ediləcək.

Qeyd edək ki, tədbirin təşkilatçı tərəfdaşı Azərbaycan Respublikasının Gənclər Təşkilatlarınin Milli Şurasıdır. Tədbirin informasiya dəstəkçiləri isə Trend müstəqil informasiya agentliyi (trend.az) və big.az xəbər portalıdır.

Qeyd edək ki, “Arşın mal alan” milli silsiləvi satış sərgi yarmarkası silsiləvi xarakter daşıyır və növbətisi sentyabr ayının 9-11 tarixlərində baş tutacaq.

Keçiriləcək yarmarkalarda iştirak etmək istəyən sahibkarlar aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər: https://bit.ly/3MseR2kiK



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu