Yol polisi sürücülərə müraciət edib


Baş Dövlət Yol Polisi İdarəsindən sürücülərə müraciət edib.



İdarədən AFN-ə daxil olan müraciətdə deyilir:

"Əziz sürücülər, idarə etdiyiniz nəqliyyat vasitəsi ilə yollarda xüsusi texniki vasitələrə yaxınlaşdıqda sürəti azaldıb, daha sonra yenidən sürət rejiminə əməl etməməklə siz öz həyatınızı riskə atmış olursunuz. Unutmayın, nəqliyyat vasitəsini yüksək sürətlə idarə etmək ağır qəza ehtimalının və ölümlə nəticələnən qəza hallarının artmasına səbəb olur. Məsələn orta sürətin hər 1 km/saat artması ölümcül xəsarətləri 4 faiz, ciddi xəsarətləri isə 3 faiz artırır. Gəlin, yol-hərəkəti qaydalarına riayət etməklə özümüzün və digər yol hərəkəti iştirakçılarının həyatlarına dəyər verək".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu