Qurban Qurbanov: "Ən çox mübarizə apardığımız oyun oldu"


"Çox gərgin və maraqlı oyun oldu. Dünən də bildirdmişdim ki, rəqib topla davranmağı bacaran komandadır. Matçın əvvəlləri çətin keçsə də, get-gedə vəziyyətə nəzarətə əla ala bildik. Ən çox mübrizə apardığımız oyun oldu. Sonadək bacardığımız üçün sevinirəm. Böyük istək və əzmlə çalışırıq ki, cavab görüşünə hazır olaq. Səfərdə yaxşı mübarizə aparıb, mərhələni keçməyə çalışacağıq. Azarkeşlərimizə də təşəkkür edirəm. Daim komandamızın arxasında dururlar".


"Report"un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda Macarıstan "Ferentsvaroş"u ilə 1:1 hesablı heç-heçə etdikləri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.

Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 9-da Budapeştdə keçiriləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az






Diqqətinizi çəkə biləcək digər xəbərlər
menyu
menyu