Həkimi Baydenin səhhəti haqda
“ABŞ Prezidenti Co Baydenin COVID-19 testinin nəticəsi müsbət çıxmasına baxmayaraq, hazırda vəziyyəti yaxşıdır”.
AFN.az “İnterfaks”a istinadən xəbər verir ki, bunu Baydenin həkimi Kevin O'Konnor deyib. O bildirib ki, prezident bu gün özünü çox yaxşı hiss edib: "Lakin o, hələ də öskürür. Bu səhər COVID-19 testinin nəticəsi müsbət çıxıb”.
Qeyd edək ki, Bayden iyulun 14-də koronavirusa yoluxmuşdu. Bir müddət sonra sağalsa da, iyulun 30-da yenidən koronavirusa yoluxmuşdu.