Səlim Müslümovun məhkəməsi başlayıb


Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun məhkəmə iclası başlayıb.


Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs özü barəsində anket məlumatları verib.

Daha sonra S.Müslümovun vəkilləri - Toğrul Vəliyev və Ayxan Rüstəmzadə vəsatət qaldırıblar. Onlar məhkəmə iclaslarının qapalı keçirilməsini istəyiblər: "Vəsatət Səlim Müslümovun pedaqoji fəaliyyəti və cinayət işində kommersiya sirri ilə əlaqələlidir".

S.Müslümov da vəkillərin vəsatətini dəstəkləyib.

Vəsatət təmin olunmayıb.

Məhkəmənin baxış iclası avqustun 15-nə təyin edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu