Sülhməramlılar Ermənistanda “Zəngəzur dəhlizi”nin keçdiyi yolu nəzarətə götürdü
Rusiya sülhməramlı qüvvələri Ermənistanın Mehri-Ağarak yolunu nəzarətə götürüb.
Azpost.info bildirir ki, bu barədə “Yerevan.Touday” saytı xəbər yayıb.
Bildirilir ki, Mehri -Ağarak yolundan keçən Ermənistan vətəndaşları sülhməramlılar tərəfindən saxlanılır, sənədləri yoxlanaraq buraxılır. Həmin yoldan isitifadə edən Ermənistan vətəndaşları narazılıqlarını ifadə ediblər.
Hökumət isə hələlik heç bir izahat verməyib.
Qeyd edilib ki, bu, artıq Zəngəzurda üçüncü maneədir və belə yolların ikisinə Azərbaycan nəzarət edir.
İranla sərhəd yaxınlığında, Ermənistanın cənubundakı Zəngəzur vilayətində yerləşən Mehri şəhər və şəhər icmasının mərkəzidir. Şəhərin 5 km-dən fəaliyyət göstərməyən İrəvan-Naxçıvan-Horadiz dəmiryol xətti keçir.
Azərbaycan və Ermənistan arasında imzalanmış Üçtərəfli Bəyanatda əks olunan kommunikasiya qovşaqlarının açılması planına Mehridən keçən dəmiryol xətti də daxildir.