BMT və BDU tərəfindən keçiriləcək beynəlxalq tədbirə qeydiyyat başa çatır
BMT-nin Kosmos Məsələləri üzrə Ofisi və BDU tərəfindən keçiriləcək beynəlxalq tədbirə qeydiyyat başa çatır.
2022-ci il 31 oktyabr – 4 noyabr tarixlərində BMT-nin Kosmos Məsələləri üzrə Ofisi (UNOOSA) və Bakı Dövlət Universiteti (BDU) tərəfindən keçiriləcək "Beynəlxalq Kosmik Hava Təşəbbüsü: Günəş, Kosmik Hava və Geosfer üzrə BMT/Azərbaycan işçi seminarı" ("United Nations/Azerbaijan Workshop on the International Space Weather Initiative: The Sun, Space Weather and Geosphere") adlı beynəlxalq tədbirə qeydiyyat avqustun 15-də başa çatacaq.
Bakı şəhərində keçiriləcək yüksək səviyyəli tədbirə Qlobal Naviqasiya Peyk Sistemləri (GNSS) üzrə Beynəlxalq Komitə (ICG) də dəstək verəcək.
Qeydiyyat üçün bu linkə daxil olun:
www.unoosa.org