Ermənistanda Azərbaycan vətəndaşı olmaq istəyənlərə qarşı cinayət işi başlanıldı


Ermənistanın iki vətəndaşına qarşı dövlətə xəyanət və casusluq ittihamı ilə cinayət işi başlanılıb.


AFN.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğu məlumat yayıb.

“Ermənistan vətəndaşı V.Q. hələ 2017-ci ildə xarici xüsusi xidmət orqanları ilə əməkdaşlığa başlayıb, onlara erməni dövlətinə qarşı təxribatçı fəaliyyət göstərməyə kömək edib, həmçinin Azərbaycanın Gürcüstandakı səfirliyi ilə daim əlaqədə olub. O, avqustun əvvəlində videomüraciətlə çıxış edib, Ermənistan vətəndaşlığından imtina edib və ona Azərbaycan vətəndaşlığının verilməsi üçün xahiş edib”, - məlumatda deyilir.

Analoji ittiham Ermənistan vətəndaşı İ.V.-yə qarşı da irəli sürülüb.

Qafqazinfo



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu