Paytaxtda kirayə ev tapılmır: Qiymətlər daha da arta bilər - VİDEO
Kirayə mənzil bazarında ciddi qıtlıq yaşanır. Elə buna görə də artıq bəzi ev alqı-satqısı və kirayəsi ilə məşğul olan şəxslər ofislərinin girişinə “Kirayə mənzil yoxdur” elanları vurublar.
AFN "xəzər xəbər"ə istinadən məlumat verir ki, rieltorların məlumatına görə, qıtlığın əsas səbəblərindən biri Bakıda söküntülərin çox olmasıdır.
Digər səbəb isə tələbə faktorudur. Artıq tələbələr əvvəlki illərdəki kimi kirayə qaldıqları mənzilləri yay aylarında təhvil vermirlər.
Uzun illərdir rieltorluqla məşğul olan Həşim Qədirov bildirir ki, bazarda kirayə mənzil təklifi az olduğundan qiymətlər də günü-gündən artır. İndi mərkəzdənkənar sayılan Sabunçu, Yasamal, Xətai və Nizami rayonlarının bəzi ərazilərində 300 manatdan aşağı ev yoxdur.
Mərkəzə yaxın yerlərdə isə qiymətlər xeyli yüksəkdir. Məsələn, “Nərimanov”, “Gənclik” və “Elmlər Akademiyası” metro stansiyalarının yaxınlığında ikiotaqlı mənzillər 500 manatdan bahadır.
Bildirilir ki, universitetə yeni qəbul olacaq tələbələrin xüsusilə sentyabr ayının əvvəllərində Bakıya gələcəyi nəzərə alınsa, qiymətlər daha da arta bilər.
Ətraflı süjeti təqdim edirik: