Rusiyada komaya düşən Vətən müharibəsi qazisi vəfat etdi


Bir müddət əvvəl Rusiyaya işləmək üçün gedən və orada böyrəklərində problem yaranan həmyerlimiz Elşən Həsənov vəfat edib.



AFN xəbər verir ki, bu barədə Axar.az-a onun qardaşı Məhərrəm Həsənov bildirib.

O qeyd edib ki, Elşən Həsənov Sankt-Peterburqun Puşkin regionunda özəl klinikalardan birində bu gün səhər saatlarında dünyasını dəyişib.

Qeyd edək ki, E. Həsənov Vətən müharibəsi qazisi idi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu