TƏBİB: Beşəmlərin vəziyyətlərində müsbət dinamika izlənilir
![](https://baku.ws/uploads/posts/2022-08/1660900255_62ff504f46e3c62ff504f46e3d166089940762ff504f46e3a62ff504f46e3b.jpg)
11.08.2022-ci il tarixində doğulan beşəmlərin K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda müalicəsi davam edir.
AFN apa-ya istinadən xəbər verir ki, TƏBİB beşəmlərin hər birinin vəziyyətinin ağır stabil olduğunu bildirir:
"Hər biri küvez rejimindədir, monitor nəzarətindədir. Nazoqastral zond vasitəsilə ana südü ilə qidalandırılırlar. Hazırda I-II-III taylar binazal zond vasitəsilə nəmlənmiş oksigen alır, IV-V taylar ekstubasiya olunub “CPAP” rejimində respirator tənəffüs dəstəyi alır, III-IV-V taylara fototerapiya aparılır. Hal-hazırda vəziyyətlərində müsbət dinamika izlənilir".