Paşinyan Bakının təklifləri ilə razılaşıb? – Politoloq


Nikol Paşinyan hökuməti Azərbaycanla sərhəddə 3 nəzarət-buraxılış məntəqəsinin açılması barədə layihə hazırlayıb. Bunlar Kəlbəcər rayonu ilə sərhəddə "Zod”, Sədərək rayonu ilə sərhəddə "Arazəyən” və Qubadlı rayonu ilə sərhəddə "Eyvazlı” nəzarət-buraxılış məntəqələri olacaq.



Ermənistan Azərbaycanla sərhəd-buraxılış məntəqələrinin yaradılması fonunda niyə məhz adı çəkilən 3 əraziyə üstünlük verib? Burada məqsəd nədir?

Məsələni Qaynarinfo-ya şərh edən politoloq Natiq Miri bildirir ki, Ermənistan tərəfindən sərhəd-keçid məntəqələrinin yaradılması ilə bağlı qərarın verilməsi adı çəkilən həmin 3 məntəqədə İrəvanla Bakı arasında sərhədin müəyyənləşdirilməsi məsələsində heç bir problemin olmadığının göstəricisidir:"Fikir verirsinizsə, məhz ərazi problemlərinin və Ermənistanın razı olmadığı sərhədlərdə konkret razılıqlar əldə olunmur. Bu cür məntəqələrin yaradılması məsələsi müzakirə predmeti deyil. Bu məsələlər delimitasiya və demarkasiya prosesinə buraxılıb. Ona görə də İrəvanın sözügedən 3 ərazidə sərhəd-keçid məntəqələri yaratmaq layihəsi onun göstəricisidir ki, həmin ərazilərdə sərhədlə bağlı tam anlaşma mövcuddur”.

Politoloq deyir ki, bu sayaq razılıq tədricən digər ərazilərə də sirayət etməlidir: "Sərhədlərin delimitasiya prosesi bitərsə, bu, dolayısı ilə həm də böyük sülh müqaviləsinə gətirəcək uğurlu bir yoldur”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu