Elxan Poluxov geri çağırıldı
Elxan Polux oğlu Poluxov Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasında və eyni zamanda Ekvador Respublikasında, Qayana Kooperativ Respublikasında, Surinam Respublikasında, Trinidad və Tobaqo Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
AFN.az xəbər verir ki, Prezident bununla bağlı müvafiq Sərəncam imzalayıb.
Digər bir sərəncamla Elxan Poluxov Azərbaycanın Karib Hövzəsi Ölkələri Birliyi yanında səlahiyyətli nümayəndəsi vəzifəsindən də geri çağırılıb.