FTX Darya Duqinanın qətlinin üstünü açıb


Rusiya Federal Təhlükəsizlik Xidməti jurnalist Darya Duqinanın qətlinin üstünü açıb.


Azpost.info xəbər verir ki, bu barədə TASS FTX-yə istinadən məlumat yayıb.

“Jurnalist Darya Duqinanın qətlinin üstü açılıb. Bunu Ukrayna xüsusi xidmət orqanları həyata keçirib. Qətlin icraçısı Estoniyada cinayət tərətdikdən sonra oradan qaçan Ukrayna vətəndaşıdır”, – məlumatda deyilir.

FTX bildirir ki, Natalya Vovk kimi tanınan qadın nömrələri dəyişdirən Mini Cooper-dən istifadə edərək Duqinanı izləyib. Rusiyaya daxil olarkən avtomobildə “DXR”in E982ХН DPR qeydiyyat nömrəsi olub. Moskvada isə Qazaxıstanın nömrələri istifadə olunub – 172AJD02. Qətldən sonra o, AH7771IP Ukrayna nömrəsi ilə ölkəni tərk edib.

Materiallar Duqinanın qətli ilə bağlı cinayət işini araşdıran Rusiya İstintaq Komitəsinə təhvil verilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu