Azərbaycan və Ermənistan nümayəndələri Moskvada görüşəcək


Bu ay Moskvada Ermənistan və Azərbaycan arasında sərhədin demarkasiyası və təhlükəsizliyinə dair komissiyanın nümayəndələrinin görüşü baş tutacaq.


“Qafqazinfo” Sputnik Armeniya-ya istinadən xəbər verir ki, bu məlumatı Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryanın ofisi yayıb.

Qeyd edək ki, 24 may 2022-ci il tarixində, əldə edilmiş razılaşmaların həyata keçirilməsi çərçivəsində və iki ölkənin müvafiq sərəncamları əsasında Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryanın Ermənistan-Azərbaycan dövlətlərarası sərhədində Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası üzrə Komissiya formatında ilk görüşü keçirilib.

Tərəflər, delimitasiya və digər məsələlər üzrə Komissiya çərçivəsində işləməyə hazır olduqlarını təsdiq ediblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu