Zaur Mirzəzadə ilə bağlı Ali Məhkəmənin sədrinə müraciət ünvanlanacaq


Tanınmış jurnalist, xalq.az və bakutime.az saytlarının rəhbəri hazırda həbsdə olan Zaur Mirzəzadə ilə bağlı Ali Məhkəmənin sədri Ramiz Rzayeva müraciət ediləcək.


AFN.az xəbər verir ki, bu haqda jurnalistin səhifəsini idarə edən admin heyəti məlumat verib.

Müraciətdə deyilir: "Tanınmış jurnalist Zaur Mirzəzadə haqqında 8 oktyabr 2021-ci il tarixində Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə təkzibolunmaz sübutlarla təqsirsiz olduğu aşkarlanaraq BƏRAƏT hökmü verilmişdir. Daha sonra Bakı Apelyasiya Məhkəməsinin hakimi Faiq Qasımov onu 5 il azadlıqdan məhrum etmişdir. Cəmiyyətdə cəzasızlıq prinsipinin yayılmamasına görə Ali Məhkəmənin sədri Ramiz Rzayeva müraciət ünvanlanacaq.

Millət vəkilləri, elm və ictimayət nümayəndələrinin adından ünvanlanacaq müraciətdə tanınmış jurnalist Zaur Mirzəzadənin kasasiya şikayətinə kənar müdaxilə olmadan baxılmasına, məhkəmənin açıq keçirilməsi və ədalət tərəzisinin nizamının tənzimlənməsi üçün müraciətə öz imzası ilə qatılmaq istəyənlərə çağırış edirik. Korrupsiya xəstəliyindən sağalmayanları ifşa edərək əsl təqsirkarların məsuliyyətə cəlb olunmasına dəstək verək" deyə müraciətdə bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu