Əflatun Amaşov sədrlikdən gedir - Rəşad Məcid əvəzləyəcək - YENİLƏNİB


Mətbuat Şurasının sədri Əflatun Amaşov tutduğu vəzifədən gedir.



“Unikal”ın əldə etdiyi məlumata görə, Əflatun Amaşov tutduğu vəzifədən getməklə bağlı qərarını yaxın günlərdə açıqlayacaq. Mətbuat Şurasının sədri vəzifəsini qurultaya qədərki dövrdə İdarə Heyətinin üzvü, "525-ci" qəzetin baş redaktoru Rəşad Məcid icra edəcək.

Məsələylə bağlı Əflatun Amaşov "Unikal"a zəng edərək bildirib ki, qurultayın vaxtından bir neçə ay keçdiyi üçün İdarə Heyəti toplanacaq: "İdarə Heyətinin iclasında qurultayın zamanı müəyyənləşəcək. Yeni tərkib formalaşacaq. Sədrin seçilməsi və digər məsələlər qurultayda həll olunacaq".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu