Moskvada Azərbaycan və Ermənistan Baş nazir müavinlərinin sədrliyi ilə komissiya iclası keçirilib


Avqustun 30-da Moskvada Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistanın Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiya üzrə Dövlət Komissiyasının və Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın ikinci iclası keçirilib.


Bu barədə AFN.az-a Azərbaycan XİN-dən məlumat verilib.

İclasdan öncə Rusiya Federasiyası Hökumətinin sədr müavini Aleksey Overçuk, Şahin Mustafayev və Mher Qriqoryanla görüşüb və komissiyaların işinin davam etdirilməsini alqışlayıb. Tərəflər təşkilati və prosedural məsələləri müzakirə edib, komissiyaların gələcək işi və birgə fəaliyyətinin reqlamenti üzrə predmetli fikir mübadiləsi aparıblar.

Görüşün yaxşı təşkilinə görə Rusiya tərəfinə minnətdarlıq ifadə edilib.

Üçüncü görüşün razılaşdırımış vaxtda keçirilməsinə dair razılıq təsdiqlənib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu