Üçtərəfli görüşdə liderlər hansı məsələləri müzakirə edəcəklər?


Bu gün Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı şurasının rəhbəri Şarl Mişel və Ermənistan baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcək.

AFN baku tv-ə istinadən xəbər verir ki, Avropanın təşkilatçılığı ilə növbəti üçtərəfli görüş Brüsseldə baş tutacaq.

Prezidentin köməkçisi Hikmət Hacıyev ötən həftə Şuşada jurnalistlərə verdiyi açıqlamada bildirmişdi ki, Azərbaycan tərəfi ümid edir ki, bu görüşdə sülh sazişinin mətninin hazırlanması ilə bağlı işçi qrupunun təşkili razılaşdırılacaq.

Qeyd edək ki, Azərbaycan və Ermənistan liderləri arasında sonuncu görüş mayın 22-də Aİ şurasının sədri Şarl Mişelin təşəbbüsü ilə Brüsselə keçirilib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu