Rusiyadan Brüssel görüşünə kəskin reaksiya


"Avropa İttifaqının (Aİ) Cənubi Qafqazdakı fəaliyyətini geosiyasi ambisiyalar müəyyən edir".


Bunu ənənəvi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin bugünkü görüşü barədə sualı cavablandırarkən deyib.

“Moskva İrəvan və Bakı ilə birlikdə ən yüksək səviyyədə əldə edilmiş üçtərəfli razılaşmaların bütün müddəalarının həyata keçirilməsinə diqqət ayırıb”, - Zaxarova əlavə edib.

O, razılaşdırılmış üçtərəfli formatlar çərçivəsində işin daha məzmunlu olduğunu vurğulayıb. Rusiya XİN təmsilçisi bu kontekstdə Ermənistan və Azərbaycan arasında sərhədin delimitasiyası üzrə üçtərəfli işçi qrupunu misal çəkib.
Ətraflı

“Ümumiyyətlə, biz görürük ki, Aİ-nin Cənubi Qafqazdakı fəaliyyəti Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına töhfə vermək istəyi ilə deyil, geosiyasi ambisiyalarla müəyyən edilir. Bunlar avropalıların psevdotəşəbbüsləridir. Bu, daha çox Moskvanın vasitəçilik uğurlarını həyasızcasına mənimsəmək cəhdinə bənzəyir”, - deyə M.Zaxarova vurğulayıb.

O, sonda qeyd edib ki, Rusiya vasitəçi kimi fəal işləyir və Moskvanın apardığı iş konkret nəticələr verir. Bu da İrəvanda və Bakıda müsbət qiymətləndirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu