Məcburi köçkünlərin sosial-iqtisadi inkişafı üzrə layihənin icrası davam edir


Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ GmbH), Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin sifarişi ilə, “Cənubi Qafqazda məcburi köçkünlərin və aztəminatlı yerli əhalinin sosial və iqtisadı inkişafı” layihəsi həyata keçirir.


Layihədə Azərbaycan üzrə nəzərdə tutulan tədbirlər Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq çərçivəsində icra edilir.
İndiyədək Dövlət Komitəsinin dəstəyi ilə Mingəçevir şəhərində, Ağdam və Bərdə rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlərin, xüsusilə gənclərin və qadınların məşğulluq və sahibkarlıq imkanlarının artırılması istiqamətində bir sıra tədbirlər həyata keçirilib. GİZ-in təşkil etdiyi “İş qatarı” və “Biznes məktəbi” adlandırılan təlimlərə, ümumilikdə, 157 nəfər məcburi köçkün cəlb olunub. Təlim keçdikləri peşə sahələri üzrə avadanlıqla təmin edilən 100 nəfərdən 47-si qadındır.
Xatırladaq ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti arasında ötən ilin noyabrında imzalanmış Anlaşma Memoranduma əsasən, layihə üzrə tədbirlərin icrası davam etdirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu