QHT və media əməkdaşlığına dair yeni layihə


"Jurnalist Təşəbbüslərinin Təşviqi" İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə “QHT - media əməkdaşlığının artırılması üzrə təşəbbüslər” layihəsinin icrasına start verib.


Layihə barədə məlumat verən İctimai Birliyin sədri Ruslan Xəlilov qeyd edib ki, məqsəd QHT-lərin mətbuat və sosial media ilə işləmək bacarıqlarını artırmaqdır.

“QHT və media nümayəndələrinin görüşlərini təşkil etmək və ictimai müzakirələr aparmaqla problemin həllinə töhfə vermək niyyətindəyik. Vətəndaş cəmiyyətinin əsas institutlarından biri olan QHT-lərin fəaliyyətlərinin ictimaiyyətə təqdim olunması hər zaman aktual məsələlərdən biri olub. Bu gün Azərbaycanda 3340-dan çox qeyri-hökumət təşkilatı vardır. Bu gün redaksiyalar QHT-lərlə əməkdaşlıq etməkdə o qədər də həvəsli görünmürlər. Bunun səbəblərindən biri layihə çərçivəsində keçirilən tədbirlərdə bəzən formallığa yol verilməsi, digər səbəbi isə press-relizlərin qeyri-peşəkar hazırlanmasıdır. Hesab edirik ki, icra edəcəyimiz layihə nəticəsində QHT-lərin mətbuat və sosial media ilə işləmək bacarığı daha artacaq”.

3 ay davam edəcək layihə çərçivəsində 3 tele-debat keçiriləcək, ictimai müzakirə təşkil olunacaq. QHT-lərin mətbuat və sosial media ilə işləmək bacarıqlarını artırmaq məqsədilə maarifləndirici və məlumatlandırma xarakterli yazılar hazırlanacaq. Bu yazılar ölkənin aparıcı saytlarında işıqlandırılacaq. Tədqiqat yazısında Azərbaycanın tanınmış QHT və media rəhbərlərinin fikirləri dərc ediləcək, xarici təcrübədən nümunələr gətiriləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu