Vilayət Eyvazovdan yeni TƏYİNAT


Daxili İşlər Nazirliyində yeni kadr təyinatı olub.

AFN oxu.az-a istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Nazirin əmrinə əsasən, polis mayoru Şaiq Ağayev Xocavənd Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinə rəis təyin olunub.

Qeyd edək ki, o, bu təyinata qədər Füzuli Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsində Yol Nəqliyyat Hadisələri üzrə baş inspektor vəzifəsində çalışıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu