Azərbaycan Aİ sammitinə dəvət olunacaq


“Azərbaycan Avropa İttifaqının qeyri-rəsmi sammitində iştirak etməyə dəvət ediləcək”.


Bu barədə məlumatı “The Guardian” nəşri yayıb.

Məlumata görə, Azərbaycanla yanaşı, İsveçrə, Norveç, Moldova, Ermənistan, Ukrayna, Gürcüstan, Albaniya, Bosniya Herseqovina, Monteneqro, Kosova, Şimali Makedoniya və Serbiya da sözügedən sammitə dəvət olunacaq.

Nəşr yazır ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin sözlərinə görə, Türkiyə də sammitə dəvət oluna bilər. Lakin bunun üçün bütün tərəfdaşların razılığı tələb olunacaq. Bildirilir ki, Yunanıstan və Kipr Türkiyənin görüşdə iştirakına qarşı çıxırlar.

Qeyd edək ki, sammit oktyabrın 6-sı Çexiyanın paytaxtı Praqada baş tutacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu