Azərbaycan neftinin qiyməti 100 dollara çatır


Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti bahalaşıb.



AFN xəbər verir ki, Azərbaycan neftinin 1 barelinin qiyməti 1,53 ABŞ dolları, yaxud 1,57% artaraq 99,06 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu