Bir neçə xəstəliyi olanlara əlilliyin təyini qaydası açıqlanıb
Vətəndaşın bir neçə xəstəliyi varsa, hər bir xəstəliyin faizləri hesablanır və ən yüksək faiz dərəcəsi götürülərək əlillik təyin olunur.
Bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədr müavini Mətanət Məmmədova “Sosial saat”da deyib.
O bildirib ki, bir neçə xəstəlik üzrə faizlər eyni olarsa, yekun faiz 10 faiz artırılır.
“Digər tərəfdən, bir xəstəlikdə faiz digərindən azdırsa, vətəndaşın xeyrinə olaraq yüksək faiz dərəcəsi götürülür”, – o qeyd edib.
Xatırladaq ki, bu ilin iyulun 1-dən əlilliyin təyinatı yeni meyarlar üzrə aparılır.